Sentyabrın 8-də gənc və istedadlı bəstəkar Etibar Əsədlinin Parisin “Reservoir” klubunda konserti olacaq.
Fransada yaşayan azərbaycanlı bəstəkar və pianoçu Etibar Əsədli 2013-cü ilə qədər Bakıda keçirilmiş caz festivallarında çıxışı və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. O, həmçinin Fransa, Britaniya, Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib, 48-ci Montrö Caz Festivalının iştirakçısı olub.