Xəbər verdiyimiz kimi, Bakıda “Kainat” Gənclik Mərkəzinin layihəsi üzrə VIII Beynəlxalq Uşaq Muğam Festivalı keçirilib. Azərbaycan, Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan və Misirdən 42 ifaçının qatıldığı festivalda G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin IX sinif şagirdi Asunda Səlimli (müəllim Əhsən Əhmədov) Qran-pri mükafatına layiq görülüb. Məktəbin VIII sinif şagirdi Rəvanə Vəliyeva (müəllim Əhsən Əhmədov) isə diplomla təltif olunub.