İyunun 19-dan 26-dək Moskvada “Gənc rejissorların laboratoriyası” fəaliyyət göstərəcək. Gənclər dünyanın tanınmış sənətçilərindən ustad dərsləri alacaq, sənətin sirlərini daha dərindən öyrənmək imkanı əldə edəcəklər. Laboratoriya iştirakçıları həmçinin həmin vaxtlarda A.P.Çexov adına nüfuzlu beynəlxalq teatr festivalının tamaşalarına baxa biləcək, dünya teatr sənətinin maraqlı nümunələri ilə tanış olacaqlar. Azərbaycan Teatr Xadimləri İttifaqı Musiqili Teatrda çalışan gənc rejissor Anar Sadıqovun və Əlif Cahangirovun məşğələlərdə iştirak etməsi üçün teatrın rəhbərliyinə müraciət edib.
Hər iki gənc bu il həmçinin rejissor kimi Musiqili Teatrda debüt edəcəklər. Onlar İlqar Fəhminin “2015-ci kvartal” əsərinə müraciət ediblər. Hazırda Əlif Cahangirov teatrda aktyor kimi fəaliyyət göstərir, Anar Sadıqov isə rejissor assistenti vəzifəsində çalışır.