Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “Düşüncələr” adlı rəsm sərgisi açılıb. Sərgidə cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Bəhram Məmmədovun müxtəlif mövzularda yağlı boya ilə çəkdiyi 30-dan çox rəsm nümayiş olunur.
   Xalq rəssamı Arif Hüseynov həvəskar rəssam Bəhram Məmmədovun əl işlərini yüksək qiymətləndirib.
   Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli cəzaçəkmə müəssisələrində keçirilən belə tədbirlərin məhkumların gələcəkdə cəmiyyətə adaptasiya olunmasına müsbət təsir göstərəcəyini vurğulayıb. Xüsusi qabiliyyətə malik insanların aşkarlanması məqsədilə təşkil olunan sərgilərin əhəmiyyəti qeyd olunub.