Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi türk xalqlarının böyük bayramı Novruzla əlaqədar olaraq Azərbaycanın dörd bölgəsində “Türk xalq rəqsləri və əl sənəti nümayişi” adlı sərgi-konsert keçirəcək.
Nümayəndəliyin rəhbəri İbrahim Yıldırımın bildirdiyinə görə, tədbirlər martın 19-da Gəncədə, 20-də Şəkidə, 21-də Bakıda, 22-də isə Naxçıvanda təşkil olunacaq. Paytaxtdakı tədbir Heydər Əliyev Sarayında baş tutacaq.

Soltan