Moskvanın “Plinta” nəşriyyatı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Natəvan Dəmirçioğlunun “Kniqa pervaya” (Birinci kitab) kitabını çapdan buraxıb. Nəfis şəkildə nəşr edilmiş kitabda yazıçının üç povesti və üç hekayəsi yer alıb. 1000 nüsxə ilə nəşr olunmuş kitab Rusiya oxucuları üçün nəzərdə tutulub. Psixoloji səpkidə yazılmış əsərlər müasir Azərbaycan nəsri haqqında təsəvvür yaratmaqla yanaşı, aktual mövzulara toxunur. “Yetim” povestində erməni məsələsinin, “Üç nöqtə” povestində 20 Yanvar hadisələrinin yada salınması baxımından ictimai əhəmiyyət daşıyır.