Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən 10 sənədli filmin çəkilişləri başa çatıb. Bundan əlavə, studiyada Azərbaycanın məşhur neft sənayesi yenilikçisi Ağa Nemətullaya və görkəmli pianoçu, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyliyə həsr olunmuş sənədli filmlər üzərində də işlər yekunlaşıb.