“Mütərcim” nəşriyyatı “Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində” kitabını çap edib. Bəstəkar, Xalq artisti Tofiq Əhmədxan oğlu Bakıxanovun anadan olmasının 80 illik yubileyinə ithaf edilən kitabda Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış Bakıxanovlar sülaləsinin tarixi xidmətlərindən söz açılır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın tərtibçiləri filologiya elmləri namizədi Gülzar İbrahimqızı və sənətşünaslıq namizədi Hökumə Əliyevadır. Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadədir.