5-10 dekabr tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, "Fest-film" studiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Rusiya filmləri həftəsi keçiriləcək.
Bakıya səfər edəcək nümayəndə heyətinin tərkibinə Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, sənədli filmlər rejissoru İqor Qriqoryev, teatr və kino aktyoru Mariya Semyonova və "Fest-film" studiyasının baş direktoru İrina Korçagina daxildir.
Film həftəsinin açılışı dekabrın 5-də rejissor Andrey Malyukovun "Matç" filminin nümayişi ilə baş tutacaq. Proqrama uyğun olaraq 6 dekabrda "Mən yanında olacam", 7 dekabrda "Casus”, 8 dekabrda "İki gün", 9 dekabrda "Ərazidə müharibə" və "Metro", 10 dekabrda "Ku! Kin-dza-dza" filmləri nümayiş olunacaq.