Yan­va­rın 29-da Ru­si­ya ki­no­su­nun mil­li “Os­kar­”ı sa­yı­lan “Qı­zıl qar­tal” mü­ka­fa­tı­nın qa­lib­lə­ri mə­lum olub. 
   Ru­si­ya­nın Ki­ne­ma­toq­ra­fi­ya Sə­nət­lə­ri və Elm­lə­ri Mil­li Aka­de­mi­ya­sı­nın 12-ci də­fə təq­dim et­di­yi mü­ka­fa­tın əsas no­mi­na­si­ya (“Ən ya­şı film”) üz­rə qa­li­bi Ni­ko­lay Le­be­de­vin id­man dra­mı jan­rın­da çək­di­yi “17 nöm­rə­li əf­sa­nə” fil­mi la­yiq gö­rü­lüb. Məş­hur hok­key­çi, əf­sa­nə­vi Va­le­ri Xar­la­mov­dan bəhs edən ek­ran əsə­ri ümu­mi­lik­də 6 “Qı­zıl qar­tal­”a (ən yax­şı mu­si­qi, mon­taj, ikin­ci plan­da akt­yor işi və s.) la­yiq gö­rü­lüb. Film­də so­vet və Ka­na­da yığ­ma ko­man­da­la­rı­nın ta­ri­xi oyu­nun­dan bəhs olu­nur. Xar­la­mov ob­ra­zı­nı akt­yor Da­ni­la Koz­lovs­ki can­lan­dı­rıb. 2013-cü ilin ap­re­lin­də pro­ka­ta ve­ri­lən film bir ne­çə həf­tə ər­zin­də kas­sa yı­ğım­la­rı­na gö­rə ilk beş­lik­də yer alıb.
   “17 nöm­rə­li əf­sa­nə” ilə mü­ba­ri­zə apa­ran Fyodr Bon­dar­çu­kun “Sta­linq­rad” fil­mi 4 “Qı­zıl qar­tal” qa­zan­sa da, bun­lar əsa­sən tex­ni­ki sə­ciy­yə­li no­mi­na­si­ya­lar olub.
   Ru­si­ya ki­no mü­tə­xəs­sis­lə­ri­nin rə­yi­nə gö­rə, 2013-cü ilin ən yax­şı re­jis­so­ru mü­ka­fa­tı­na "Coğ­ra­fi­ya­çı qlo­bu­sun pu­lu­nu iç­ki­yə ve­rib” fil­mi­nin müəl­li­fi Alek­sandr Ve­le­dins­ki la­yiq gö­rü­lüb. Film­də çə­ki­lən Kons­tan­tin Xa­bens­ki ən yax­şı ki­şi ro­lu­na gö­rə, Ele­na Lya­da­voy isə ən yax­şı qa­dın ro­lu­na gö­rə mü­ka­fat qa­za­nıb.