Azərbaycan kinosu tarixində ilk dəfə olaraq ekran əsərimiz Kann beynəlxalq festivalının əsas müsabiqə proqramında yer alıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətinin birgə istehsal etdiyi "Sonuncu" qısametrajlı bədii filmi 67-ci Kann kinofestivalının əsas müsabiqə proqramlarından biri olan "Qısa metr" proqramına daxil edilib.
Filmin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur.
II Dünya müharibəsi veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.
Qeyd edək ki, bu il mayın 14-dən 25-dək keçiriləcək Kann kinofestivalının "Qısa metr" proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.