Şəki RMİ-nin rəisi vəzifəsini icra edən Tərlan Nəsibov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov və mədəniyyət işçiləri Vətən müharibəsi şəhidləri Vasif Həmidov və Sakit İsmayılovun ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb, bayram sovqatı təqdim ediblər.

***

Sumqayıt RMİ Sumqayıtın Tarixi Muzeyində 44 günlük Vətən müharibəsinə həsr edilən “Zəfərə doğru” adlı tədbir keçirilib. Tədbirdə muzeyin direktoru Aygün Zülfüqarlı, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov və digərləri çıxış ediblər.
RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Birinci Qarabağ müharibəsi şəhidi Mübariz İsgəndərovun 50 illik yubileyi münasibətilə “Yubileyin mübarək, şəhidim!” adlı anım mərasimi keçirilib.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialı Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun ailəsi ilə birgə “Fotoqraf şəhid” adlı görüş keçirib.

Nurəddin