Payız proqramı hər kəsi heyrətləndirəcək...

 

Bakı Dövlət Sirki yeni payız proqramını - Allahverdi İsrafilovun rəhbərliyi ilə “Möcüzələr şəhəri” beynəlxalq su sirk şousunu təqdim edir.

Sirk arenasında ilk dəfə olaraq tamaşaçılara 100 ton su ilə əhatə olunmuş 600 fəvvarənin simfoniyasının müşayiəti ilə çox maraqlı nömrələr təqdim olunacaq.

Şou artistləri qəhrəmanların möcüzələr dünyasına nağıl gəmisi ilə gedəcəkləri inanılmaz səyahət haqqında hekayəni təqdim edəcəklər. Şou artistləri arasında tayı-bərabəri olmayan təlxək, akrobatlar, gimnastlar, ekvilibristlər, ayılar, itlər, meymunlar və tutuquşular da olacaq. Maraqlı şou həm uşaqları, həm də böyükləri heyran edəcək.

Oktyabrın 10-da keçiriləcək "Möcüzələr şəhəri" ilk su sirk şousu xeyriyyə tədbiridir, bilet satışından əldə olunan bütün vəsait İkinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə veriləcək.

Biletləri şəhərin bütün kassalarında və onlayn olaraq iTicket.az saytında əldə etmək olar.