33-ü mədəni, 9-u təbii irs nümunəsidir

 

Xəbər verdiyimiz kimi, 10-25 sentyabr tarixlərində UNESCO-nun Dünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində 45-ci sessiyası keçirilib. Sessiyada UNESCO-nun Dünya İrs Siyahısına 42 yeni ərazi daxil edilib, siyahıda olan 5 ərazi isə genişləndirilib.

Siyahıya daxil edilən nümunələrdən 33-ü mədəni, 9-u təbii irsdir. Onlardan 15-i Avropada, 12-si Asiyada, 6-sı Afrikada, 6-sı Şimali və Cənubi Amerikada, 3-ü isə Yaxın Şərqdə yerləşir.

Qeyd edək ki, 45-ci sessiyada Azərbaycanın Hirkan Milli Parkını əhatə edən “Hirkan meşələri” transmilli (İranla birgə) nominasiyası və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı milli nominasiya Dünya İrs Siyahısına, ölkəmizin Qarabağ bölgəsində, Xocavənd rayonu ərazisindəki qədim insan məskənləri – Azıx və Tağlar mağaraları isə Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilib.