Oktyabrın 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Bakıya gəlib. Bu, Şimali Kipr rəhbərinin Azərbaycana ilk səfəridir.

“Anadolu” agentliyinin məlumatına görə, Ersin Tatar üçgünlük səfər çərçivəsində Azərbaycanda “ŞKTC Mədəniyyət və Tanıtım Günləri”nin açılışına qatılacaq, ADA Universitetində çıxış edəcək və mətbuat mənsubları ilə görüşəcək.

Prezident Tatarla yanaşı, ŞKTC Baş naziri Ünal Üstel və aralarında iş adamları, turizm mütəxəssisləri, universitet nümayəndələrinin də olduğu 200 nəfərlik heyət Azərbaycana gəlib.