Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” kitabı işıq üzü görüb.

Ulu öndərin Azərbaycan mədəniyyətinə diqqət və qayğısından bəhs edən kitab müəllifin “Heydər Əliyev İli”nə töhfəsidir.

Yeni nəşr Gəncə şəhəri Nizami və Kəpəz bələdiyyələrinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr edilib.

Redaktoru Sailə Məhərrəmqızı olan kitab “STAR” çap evində nəşr edilib.