Çexiyada yaşayan əslən Şuşadan olan azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli İspaniyanın Barselona şəhərində keçirilən “Victoria Music Competition for Violin” müsabiqəsində diploma layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müsabiqənin münsiflər heyətinin prezidenti professor Viktor Tretyakov, üzvləri professor Nataliya Lixopoy və Laya Monserat olub.

Qeyd edək ki, bu, Canel Nəcəflinin beynəlxalq müsabiqələrdə ilk uğuru deyil. Bundan əvvəl o, “Florida keys” beynəlxalq müsabiqəsində ikinci yer tutub və Nyu-Yorkdakı məşhur “Weill” konsert salonunda Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib.