Oxudu, alqışlandı...

Səsi, ifası, özünəməxsus xanım-xatınlığı ilə səhnəyə xüsusi bir gözəllik bəxş edən Əməkdar artist Fərqanə Qasımova fevralın 28-də Heydər Əliyev Sarayında ilk solo-konsert proqramı ilə çıxış etdi. İndiyədək dəfələrlə görkəmli muğam ustadı, Xalq artisti Alim Qasımovla bir səhnəni paylaşan ifaçı bu dəf... Ətraflı

Tələbələrin fortepiano konserti

Martın 5-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun fortepiano sinfinin tələbələrinin növbəti konserti təqdim olunacaq. Konsertdə Gülnar Adıgözəlova, Nigar Hüseynzadə, Firuzə Nəcəfli, Kamran Əliyev və... Ətraflı

Tanınmış rəqqas beynəlxalq festivalda

Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Tahir Eynullayev martın 15-16-da Tbilisidə keçiriləcək uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə beynəlxalq festival-müsabiqəsində münsiflər heyətində yer alacaq. Vaxtanq Çabukiani adına festival-müsabiqədə ölkəmiz ilk dəfə təmsi... Ətraflı

“İthaf. Şərq və Qərb arasında”

Martın 6-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə muzeydə Əməkdar rəssam Əşrəf Heybətin “İthaf. Şərq və Qərb arasında” adlı ilk fərdi yaradıcılıq sərgisi keçiriləcək.Əşrəf Heybət 1951-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Mə... Ətraflı

Leopold Rostropoviçin xatirəsi yad edildi

Fevralın 28-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Rostropoviçin pedaqoji fəaliyyəti” adlı tədbir keçirildi. Leopold Rostropoviçin anadan olmasının 122-ci ildönümünə həsr edilən tədbirdə çıxış edən muzeyin direktoru ... Ətraflı

Səmaya boylanan rənglər

“Göylərin qəribə və ecazkar bir cəzbetmə qüvvəsi var”Əməkdar rəssam Görüş Babayev 1943-cü ildə Bakıda anadan olub. Dövrünün sayılıb-seçilən ziyalılarından biri, Azərbaycanda istedadlı jurnalist kadrlarının hazırlanmasında müstəsna xidmətləri olan, alim, istedadlı yazıçı Nurəddin Babayevin ailəsində ... Ətraflı

Milli İncəsənət Muzeyində “İthaf” konserti

Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın “İthaf” adlı konserti təqdim olundu. Konsertdən öncə jurnalistlərə müsahibə verən pianoçu gecənin Milli İncəsənət Muzeyi, Musiqi M... Ətraflı

Londonda soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, iştirakçılar “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış köynəkləri nümayiş etd... Ətraflı

“Gözlənti”

Avstriya bəstəkarının məşhur əsəri yeni redaktədə təqdim ediləcəkGörkəmli Avstriya bəstəkarı Arnold Şönberqin “Gözlənti” monodramı Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin instrumental ansambl üçün redaktəsində təqdim ediləcək.Əsər aprelin 10-da P.İ.Çaykovski adına Moskva Dövl... Ətraflı

Azərbaycan və qonşu ölkələrin müasir incəsənəti bir arada

Heydər Əliyev Mərkəzində “Love me, love me not” adlı sərgi nümayiş olunacaqAprelin 4-dən mayın 25-dək Heydər Əliyev Mərkəzində “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycan və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love me, love me not” (“Sevirmi, sevmirmi”) a... Ətraflı