Zaqatalanın “Hudulki” xalq kollektivi beynəlxalq festivalda çıxış edib

   Zaqatala rayonu Maqov kənd mədəniyyət evinin “Hudulki” xalq kollektivi Belarusun Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” beynəlxalq xalq yaradıcılığı festivalından qayıdıb.    Kollektivin festivaldakı çıxışı barədə təəssüratlarını bölüşən Zaqatala Rayon M... Ətraflı

“Qarabağ” muğam qrupu Tacikistanda konsertlər verib

   Xəbər verdiyimiz kimi, iyulun 5-dən 7-dək Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərində “Dünyanın damı” adlı V beynəlxalq musiqi, incəsənət və turizm festivalı keçirilib. Festivalda ölkəmizi Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ”... Ətraflı

“Rənglərin rəqsi”

   Gənc və istedadlı rəssam Məryəm Ələkbərlinin avtoportretlərində sanki onun simasını ikiyə bölən xətt sezilir. Bəlkə də bu xətt nəhəng və heç də həmişə xeyirxah olmayan dünyamızdan Məryəmin özünə cəlb etdiyi böyük sevginin və əvəzində bu dünyaya bəxş etdiyi sonsuz məhəbbətin qovuşdu... Ətraflı

Azərbaycanlı dirijorun növbəti uğuru

   Rusiya Akademik Dövlət Filarmoniyasında dahi rus bəstəkarı Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalı açılıb. Festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev də iştirak edi... Ətraflı

“Azərbaycan İncəsənət Festivalı”nın sərgiləri başa çatır

   “Baku Creative Center” yaradıcılıq mərkəzinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar mobile”nin baş sponsorluğu ilə həyata keçirdiyi “Azərbaycan İncəsənət Festivalı” layihəsinin sonuncu səyyar sərgisi iyulun 7-8-də Sumqayıt Dövlət Rəsm Qalereyasında keçirilib.  ... Ətraflı

Gənc bəstəkarların yaradıcılıq hesabatı

   İyulun 11-12-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların kamera əsərlərindən ibarət plenum keçiriləcək. İyulun 11-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda plenumun ilk konserti baş tutacaq. Ertəsi gün gənc b... Ətraflı

Musiqiçilərimiz Tacikistanda beynəlxalq festivalda

   Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayətinin mərkəzi Xaroq şəhərində “Dünyanın damı” V beynəlxalq musiqi festivalı keçirilir. Festivalda Azərbaycan, Qazaxıstan, Çin Xalq Respublikası, Əfqanıstan, Pakistan, Qırğızıstan və digər ölkələrdən müğənni və rəqqaslar iştirak edirlər.  ... Ətraflı

TÜRKSOY rəssamları bir araya gətirib

   2013-cü ilin “Türk dünyası mədəniyyət paytaxtı” olan Əskişəhərdə 16-cı TÜRKSOY “Rəssamlar görüşü” keçirilir. Görüş TÜRKSOY-un 20 illik yubileyi münasibətilə tədbirlər çərçivəsində Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) tərəfindən təşkil olunub. “Rəssamlar görüşü”ndə 18 ölk... Ətraflı

Hacı Xanməmmədovun yubileyinə həsr olunmuş konsert

   İyulun 9-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar Hacı Xanməmmədovun 95 illik yubileyi münasibətilə konsert təqdim olunub. Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivləri ilə Beynəlxalq Muğam Mərkəzinin birgə təşkil etdiyi gecədə İlahə Əfədiyeva, Bəyimxanım Vəliy... Ətraflı

Ölkəmiz Montrö caz festivalında təmsil olunur

   İyulun 4-də İsveçrənin Montrö şəhərində 47-ci beynəlxalq caz festivalı başlanıb. ” Builki festival Azərbaycandan müğənni Sevda Ələkbərzadə iştirak edir. Müğənni festival çərçivəsində keçiriləcək “Music in the park” proqramında çıxış edəcək.    Azərbaycan Respublikası... Ətraflı