İ­yu­lun 1-də Rə­şid Beh­bu­dov adı­na Azər­bay­can Döv­lət Mah­nı Teat­rın­da türk dün­ya­sı gənc ya­zı­çı və şair­lə­ri­nin top­lan­tı­sı baş­la­yıb.
“Dün­ya Gənc Türk Ya­zar­lar Bir­li­yi-15: mü­ka­fat­lan­dır­ma mə­ra­si­mi və türk dün­ya­sı şe­ir ax­şa­mı” adı al­tın­da real­la­şan təd­bir­də Tür­ki­yə, Qa­za­xıs­tan, Qır­ğı­zıs­tan, Öz­bə­kis­tan, İraq, Al­ma­ni­ya, Uk­ray­na­nın Krım Mux­tar Res­pub­li­ka­sı, Ru­si­ya­nın Mosk­va və Sankt-Pe­ter­burq şə­hər­lə­ri, Baş­qır­dıs­tan, Sa­xa, Çu­va­şıs­tan res­pub­li­ka­la­rın­dan, Mol­do­va­nın Qa­qauz Ye­ri mə­ka­nın­dan gəl­miş ədib­lər iş­ti­rak edir­lər.
Bir­li­yin rəh­bə­ri Ək­bər Qo­şa­lı açı­lış mə­ra­si­min­də­ki çı­xı­şın­da ötən 15 ilə nə­zər sa­la­raq bu müd­dət­də bir çox la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­di­yi­ni de­yib. Qeyd olu­nub ki, bir­li­yin 15 il­lik fəa­liy­yə­ti mü­na­si­bə­ti­lə türk dün­ya­sı ədə­biy­ya­tı­nın dü­nə­ni, bu gü­nü və sa­ba­hı­nı əha­tə edən nəşr ha­zır­la­na­caq.
Mil­li Məc­li­sin de­pu­tat­la­rı Ni­za­mi Cə­fə­rov və Qə­ni­rə Pa­şa­ye­va çı­xış edə­rək türk dün­ya­sı­ ədib­lə­ri­nin bir-bi­ri­ni ya­xın­dan ta­nı­ma­sın­da bir­li­yin əhə­miy­yət­li rol oy­na­dı­ğı­nı bil­di­rib­lər. Vur­ğu­la­nıb ki, xalq­lar ara­sın­da bir­li­yin və həm­rəy­li­yin ya­ra­dıl­ma­sın­da ya­zı­çı və şair­lə­rin üzə­ri­nə bö­yük mə­su­liy­yət dü­şür.
Təd­bir­də təş­ki­la­tın 15 il­lik fəa­liy­yə­ti döv­rün­də bö­yük nai­liy­yət qa­zan­mış, ədə­bi uğur­la­ra im­za at­mış ədib­lə­rə bir­li­yin mü­ka­fat­la­rı təq­dim edi­lib. Ədib­lər şe­ir nü­mu­nə­lə­ri söy­lə­yib, Azər­bay­ca­nın in­cə­sə­nət nü­ma­yən­də­lə­ri mah­nı­lar ifa edib­lər. Türk dün­ya­sı gənc ya­zı­çı və şair­lə­ri­nin Ba­kı gö­rü­şü iyu­lun 3-də ba­şa ça­ta­caq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar