Mayın 10-u müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tamam oldu. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər doqquzuncu ildir bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
Ümummilli liderin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da sübh tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarı önünə təzə tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edirdilər.
Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoydular.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.
Ulu öndərin doğum günündə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və məsul işçiləri, nazirliyin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri də Fəxri xiyabana gələrək milli mədəni irsimizin, incəsənətimizin böyük hamisi və təəssübkeşi Heydər Əliyevin xatirəsini yad edib, dahi rəhbərə dərin hörmət və ehtiramlarını bildirdilər.