Mayın 10-da Yasamal rayon MKS-də ümummilli liderin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar “Heydər Əliyev ideyalarını qoruyaq və yaşadaq!” başlığı altında tədbir keçirildi.
Tədbirdə Yasamal rayon MKS-in direktoru Naminə Ömərova, MKS-in direktor müavini İradə Qasımova, filial müdirləri, şöbə müdirləri və MKS-in digər əməkdaşları, 20, 225, 158, 167 saylı orta məktəblərin şagirdləri və valideynlər iştirak edirdilər.
Şöbə müdiri Təranə Cəfərova və proqramçı Aysel İsmayılova Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məruzə ilə çıxış etdilər.
Çıxışlardan sonra məktəb şagirdlərinin ulu öndər haqqında söylədikləri şeirlər maraqla qarşılandı. Tədbirin sonunda MKS-in direktoru Naminə Ömərova gələn qonaqlara və iştirakçılara təşəkkür etdi.
* * *
Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
MKS-in mərkəzi kitabxanasında oxucularla “Böyük şəxsiyyət, güclü lider”, 1 və 2 nömrəli filiallarında isə “Ömrünü xalqına həsr edən dahi insan” və “Xalqın parlaq günəşi” mövzularında söhbətlər aparılıb və müvafiq kitab sərgiləri nümayiş olunub.