İyunun 1-də Şabran Rayon Uşaq Yaradıcılıq Mərkəzində Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunan “Hər birimiz bir çiçək” adlı tədbir keçirildi.
   
   Tədbirdə Şabran şəhər 1, 2, 3, 4 saylı orta məktəblərin şagird və müəllim kollektivləri, 1 saylı uşaq bağçası, “Cücələrim” uşaq bağçası, rayon mədəniyyət sarayının, MKS-nin, “Çıraqqala” qoruğunun işçiləri, rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edirdi.
   Mərkəzin müdiri Arzu İsayeva tədbirə qatılan qonaqları salamlayaraq Beynəlxalq Uşaqları Müdafiə Gününün tarixindən, bu günün qeyd olunmasının əhəmiyyətindən bəhs etdi. Mərkəzin baş kitabxanaçısı Həqiqət Qazıməmmədova mövzu ilə bağlı çıxış etdi.
   Sonra meydan uşaqlara verildi. 1 saylı bağçanın uşaqları “Turp” nağılını maraqlı səhnəciklə nümayiş etdirdilər. Mübariz İsayev gözəl musiqi nömrəsi ilə uşaqları təbrik etdi. 3 saylı orta məktəbin şagirdləri Qarabağ mövzusunda səhnəcik nümayiş etdirdilər. Firuzə Kərimovanın ifasında “Uzundərə” rəqsi, “Cücələrim” uşaq bağçasının uşaqlarının “Balaca neftçilər” səhnəciyi, Şabran şəhər 7 illik musiqi məktəbi uşaqlarının ifasında musiqi nömrələri də maraqla qarşılandı.
   Sonda uşaqlara hədiyyələr verildi.