Məş­hur Fran­sa ya­zı­çı­sı Gi de Mo­pas­san (Henry-Rene-Albert-Guy de Mau­pas­sant) tən­qi­di rea­liz­min gör­kəm­li nü­ma­yən­də­lə­rin­dən bi­ri­dir.
   
   Əsl adı An­ri Re­ne Al­ber olan ya­zı­çı 1850-ci il av­qus­tun 5-də Se­na de­par­ta­men­ti, Tur­vil­ya­süz-Ark ya­xın­lı­ğın­da­kı Mi­ro­me­nil qəs­rin­də, ka­sıb­laş­mış za­də­gan ai­lə­sin­də dün­ya­ya gə­lib. Ru­an li­se­yi­ni bi­ti­rib, 1869-cu il­də ba­ka­lavr adı alıb.
   O­nun uşaq­lıq il­lə­ri Nor­man­di­ya­nın mən­zə­rə­li bir gu­şə­sin­də ke­çib. Tə­biə­tə, də­niz gə­zin­ti­si­nə, ba­lıq ovu­na olan hə­və­si, sa­də adam­lar­la ün­siy­yə­ti, on­la­rın adət­lə­ri, ko­bud, la­kin duz­lu za­ra­fat­la­rı son­ra­lar ya­zı­çı­nın ya­ra­dı­cı­lı­ğın­da öz bə­dii ək­si­ni ta­pıb.
   Ya­zı­çı­nın 1880-ci il­də yaz­dı­ğı “Gom­bul” ad­lı ilk no­vel­la­sı sa­ti­ra, mə­həb­bət və hə­yat­la do­lu bir əsər­dir. İlk he­ka­yə ki­ta­bı­nı (“Tel­ye­nin müəs­si­sə­si”, 1881) bö­yük rus ya­zı­çı­sı Tur­ge­ne­və it­haf edib.
   Mo­pas­san XIX əsr rea­list fran­sız ədə­biy­ya­tı­nın son gör­kəm­li nü­ma­yən­də­lə­rin­dən bi­ri­dir. Özü­nün de­di­yi ki­mi, ədə­biy­ya­ta “me­teor ki­mi gə­lib, onu şim­şək ki­mi tərk edən” Mo­pas­san bir şeir­lər top­lu­su­nun, 6 ro­ma­nın, 16 he­ka­yə­ və no­vel­la­nın, 3 yol oçerk­lə­ri ki­ta­bı­nın müəl­li­fi­dir.
   “Hə­yat”, “Mont-Oriol”, “Gö­zəl dost”, “Ö­lüm ki­mi güc­lü”, “Pa­ris­li bur­jua­nın ba­zar gün­lə­ri”, “Bi­zim qəl­bi­miz” ro­man­la­rın­da hə­yat hə­qi­qə­ti güc­lü və tə­sir­li şə­kil­də ək­si­ni ta­pıb. Müəl­lif “Ay işı­ğı”, “Səa­dət”, “Mə­həb­bət”, “Kür­sü to­xu­yan qa­dın” və s. no­vel­la­la­rın­da bur­jua əx­la­qı, eqoizm və ba­ya­ğı­lı­ğı­na qar­şı çı­xa­raq, tə­bii in­sa­ni hiss­lə­ri ona qar­şı qo­yub.
   İn­cə li­rizm və qə­zəb­li sar­kazm, də­rin psi­xo­lo­gizm Mo­pas­san ya­ra­dı­cı­lı­ğı­nın sə­ciy­yə­vi xü­su­siy­yət­lə­ri­dir. Onun əsər­lə­ri bir sı­ra dil­lə­rə tər­cü­mə olu­nub, səh­nə­yə qo­yu­lub və ek­ran­laş­dı­rı­lıb.
   Bur­jua cə­miy­yə­ti­nə nif­rət edən, la­kin onun də­yiş­di­ri­lə bi­lə­cə­yi­nə inan­ma­yan Mo­pas­san öm­rü­nün son il­lə­rin­də də­rin mə­nə­vi böh­ran ke­çi­rir. 1891-ci il­də ru­hi ­xəs­tə­li­yə tu­tu­lub, təd­ric­lə gör­mə qa­bi­liy­yə­ti­ni, yad­da­şı­nı iti­rir, 1892-ci il yan­va­rın 2-də in­ti­har et­mə­yə cəhd gös­tə­rir.
   Gör­kəm­li ya­zı­çı 1893-cü il iyu­lun 6-da Pa­ris­də psi­xiat­ri­ya xəs­tə­xa­na­sın­da be­yin if­li­cin­dən dün­ya­sı­nı də­yi­şib.
   Mo­pas­sa­nın hə­yat və ya­ra­dı­cı­lı­ğı­na iri­həcm­li təd­qi­qat əsər­lə­ri həsr edi­lib. Qə­ləm dos­tu, məş­hur fran­sız ya­zı­çı­sı Emil Zol­ya­nın 1893-cü il iyu­lun 7-də ədibin dəfn mə­ra­si­min­də­ki ürək yan­ğı­sı və sə­mi­miy­yət­lə do­lu çı­xı­şı da onun haq­qın­da ən tə­sir­li bioq­ra­fik mə­lu­mat sa­yı­la bi­lər. O hə­qi­qə­tən də ədə­bi aləm­dən me­teor ki­mi gə­lib-keç­di.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar