Prezident İlham Əliyev bu fikri müsəlman ölkələrinin Azərbaycandakı diplomatları ilə görüşdə deyib
Avqustun 13-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
Bir neçə gündən sonra müsəlman aləmi üçün müqəddəs Ramazan bayramının qeyd ediləcəyini deyən Prezident İlham Əliyev bildirib ki, bayram ərəfəsində müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş artıq ənənəyə çevrilib. İldən-ilə Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artdığını diqqətə çatdıran dövlət başçısı respublikamızın müsəlman ölkələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Hazırda bu əlaqələr ikitərəfli formatda bütün sahələri əhatə edir və daha da genişlənir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində müsəlman ölkələrinin dəstəyini qeyd edən Prezident bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də rəsmi Bakı daim müsəlman ölkələrinin dəstəyini hiss edir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinə böyük əhəmiyyət verir və Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi müsəlman aləminin ölkəmizə verdiyi böyük dəstəkdir. “İslam dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərin təməlində İslam dəyərləri dayanır”, - deyən Prezident İlham Əliyev müsəlman dünyasında həmrəyliyin vacibliyini vurğulayıb. Dövlət başçısı dünyada İslam haqqında yayılan şayiələrə qarşı birgə mübarizə aparmağın zəruriliyini də nəzərə çatdırıb: “Biz bütün dövrlərdə, müstəqillik dövründə İslam ölkələri ilə daha da yaxın olmaq üçün səylər göstərmişik. Hesab edirəm ki, bu gün bu əməkdaşlıq ən yüksək səviyyədədir. Biz bir-birimizi bundan sonra da dəstəkləməliyik, bir-birimizə siyasi dəstək verməliyik. Dünya miqyasında bəzi hallarda İslam haqqında qəsdən yayılan şayiələrə birgə mübarizə ilə cavab verməliyik. İslamı terrorla bağlamaq cəhdləri böyük günah və böyük cinayətdir. Biz buna qarşı birgə səylərlə daha da ciddi mübarizə aparmalıyıq. Terrordan ən çox zərər çəkən müsəlman xalqları olmuşlar”.
Sonda dövlət başçısı qarşıdan gələn Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərlərinə öz ölkələrinin dövlət və hökumət başçılarına təbriklərini çatdırmağı xahiş edib.
Müsəlman ölkələrinin səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qarşıdan gələn Ramazan bayramı münasibətilə dövlət başçısına təbriklərini çatdıran səfir bu ayın müsəlman dünyası üçün kəsb etdiyi əhəmiyyətdən danışıb.
Hulusi Kılıç dünyada hökm sürən maliyyə böhranı zamanı Azərbaycanın uğurla inkişaf etməsini məmnunluqla qeyd edərək ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, BMT Təhlükəsizlik Şurasına üzvlüyün bunun göstəricisi olduğunu deyib. “Eurovision” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirildiyini deyən səfir beynəlxalq muğam festivallarının da böyük maraqla qarşılandığını vurğulayıb.