Fevralın 26-da Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Xocalı səsləyir bizi” adlı tədbir keçirildi. Tədbirdə 48 saylı Füzuli qaçqın məktəbinin, paytaxtın 49, 162 saylı orta məktəblərinin şagirdləri, Bakı Slavyan Universitetinin tələbləri iştirak edirdi.
Mərasimdə çıxış edənlər Xocalı qətliamından söz açdılar, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı tarixinin böyüməkdə olan gənc nəslə çatdırılması, tarixi həqiqətlərin təbliği məqsədilə belə tədbirlərin əhəmiyyətini vurğuladılar.
Sonra Xocalıya həsr olunmuş şeirlər səsləndirildi, Bakı şəhər 7 saylı orta məktəb və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri musiqili kompozisiyalarla çıxış etdilər. Tədbirin sonunda rejissor Vahid Mustafayevin “Xoca” filmi nümayiş olundu.
Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar