Alyansın Vyanada keçirilən Dünya Forumunda ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələri yüksək qiymətləndirilib
Xəbər verdiyimiz kimi, fevralın 27-28-də Avstriyanın paytaxtı Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumu keçirilib. Forumda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Forumda BMT-nin Baş katibi Ban Ki Mun, BMT Baş Assambleyasının prezidenti Vuk Ceremik, BMT-nin Sivilizasiyalar Alyansının rəhbərləri Corc Sampayo və Nasir Əbdüləziz əl-Naser, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Avstriya Prezidenti Haynts Fişer, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia, digər ölkə və beynəlxalq qurumların rəhbərləri - ümumilikdə 1000-dən artıq nümayəndə iştirak edib.
Nazirlər toplantısında çıxış edən Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqer Sivilizasiyalar Alyansının regional proqramlarının əhəmiyyətini vurğulayaraq onların coğrafi əhatə dairəsini genişləndirməyin və yeni strateji istiqamətləri müəyyən etməyin vacibliyini bildirib. O, Orta Asiya və Cənubi Qafqazda həyata keçirilən layihələrin qurum üçün əhəmiyyətini xüsusilə qeyd edib. Avstriya XİN başçısı Azərbaycanın Sivilizasiyalar Alyansının ən fəal üzvü olduğunu diqqətə çatdırıb və bu ilin mayında Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Alyansın hədəfə aldığı məqsədlərin gerçəkləşməsi üçün böyük təkan verəcəyinə əminliyini bildirib.
Nazir Əbülfəs Qarayev Dünya Forumunun nazirlər toplantısında, Alyansın Tərəfdaşları Assambleyasında çıxış edib. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Alyansın prinsip və dəyərlərinə sadiqliyini ifadə edən nazir ölkəmizin rəsmi tərəfdaş kimi bütün fəaliyyətlərdə iştirak etməyə hazır olduğunu deyib. Həmçinin iştirakçılara 2013-cü ilin 29 may-1 iyun tarixində Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verilib, BMT-nin Sivilizasiyalar Alyansının tədbirin tərəfdaşı kimi keçirəcəyi tədbirlərin alqışlandığı ifadə olunub.
Əbülfəs Qarayev çıxışında xüsusilə qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalda saxlanılmasına baxmayaraq, ölkəmiz dünyadakı sülh və dialoq təşəbbüslərinə dəstək göstərir və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun inkişafına töhfələr verir.
Tədbir çərçivəsində mədəniyyət və turizm nazirinin BMT-nin Baş katibi Ban Ki Mun ilə qısa görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Baş katibə çatdıran nazir onu mayda keçiriləcək II Bakı Forumuna dəvət edib. Ban Ki Mun öz növbəsində ölkə başçısına salamlarını göndərib və gərgin iş qrafikinin olmasına baxmayaraq Forumda iştirak məsələsini bir daha nəzərdən keçirəcəyini deyib.
Səfər zamanı nazir BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser ilə də görüşüb. Görüşdə Azərbaycanla qurum arasında əməkdaşlıq imkanları müzakirə olunub və Nasir Əbdüləziz əl-Naser II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edilib. O, dəvəti məmnuniyyətlə qəbul edərək Azərbaycanın təşəbbüsü ilə həyata keçirdiyi layihələrə diqqətlə yanaşdığını, ölkəmizlə yaxından əməkdaşlıq etmək əzmində olduğunu vurğulayıb. Nasir Əbdüləziz əl-Naserin Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə olunub.
UNESCO-nun Baş direktoru İrina Bokova və qurumun katibliyinin təmsilçiləri ilə görüşdə qurumun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin növbəti sessiyasının Azərbaycanda keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunan İ.Bokova mötəbər tədbirdə böyük məmnunluqla iştirak edəcəyini bildirib. Forum çərçivəsində Azərbaycanla UNESCO arasında əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə edilib.
Forumun Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna həsr edilmiş sessiyasında Azərbaycan nümayəndə heyəti xüsusi təqdimatla çıxış edib. Mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" iştirakçıların böyük diqqətinə səbəb olub.
Tədbir çərçivəsində həmçinin may ayında Bakıda II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda təşkil ediləcək "Yeni Liderlər" şəbəkəsinin təsis konfransına hazırlıqla bağlı görüş keçirilib. Görüşdə tədbirin proqramı, iştirakçılar və Azərbaycan tərəfinin rolu barədə fikir mübadiləsi aparılıb. İştirakçılar ölkəmizin bu tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndiriblər.