Təşkilatın qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası Bakıda keçiriləcək
   
   Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə UNESCO-nun baş direktoru İrina Bokova arasında görüş keçirildi.
   
   Azərbaycanın qurumla sıx əlaqələr qurduğunu qeyd edən nazir bu əməkdaşlıq çərçivəsində bir neçə tədbirin, birgə layihələrin həyata keçirildiyini vurğuladı. Bildirildi ki, Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi də ölkəmizin təşkilatla səmərəli əməkdaşlığının nəticəsidir.
   Nazir ölkəmizin UNESCO ilə əməkdaşlığının inkişafında təşkilatın xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük rolu olduğunu vurğuladı.
   Qobustan Dövlət Tarix-Bədii Qoruğunun yeni muzeyinin fəaliyyətə başladığını xatırladan nazir qeyd etdi ki, Qobustanın tarixi abidə olaraq UNESCO tərəfindən bəşəriyyətin maddi irs siyahısına salınması bu işdə bir irəliləyiş yaratdı: “Bu əməkdaşlığa müsbət yanaşdığınıza görə sizə öz minnətdarlığımı bildirirəm”.
   Bu ilin dekabrında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasının Bakıda keçiriləcəyini deyən Əbülfəs Qarayev bu mühüm tədbirə ciddi hazırlıq görüldüyünü, işçi qrupun artıq fəaliyyətə başladığını bildirdi: “Əminəm ki, Azərbaycan bu yubiley iclasının təşkili işinin öhdəsindən gələcək”.
   Nazir Azərbaycanın mədəni irsinə göstərdiyi diqqətə və Hökumətlərarası Komitənin 10-cu sessiyasının keçirilməsini Azərbaycana etibar etdiyinə görə UNESCO-nun baş direktoruna təşəkkürünü bildirdi.
   İrina Bokova isə öz növbəsində UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın konkret nəticələrinə diqqət çəkdi: “Mən çox sevinirəm ki, siz Qobustanda yeni muzey tikmisiniz. Təəssüf ki, vaxt azlığına görə mən bu muzeyə gedə bilməyəcəyəm. Lakin deyim ki, belə muzeyin yaradılması mədəni irsin qorunmasına xidmət edir”.
   Baş direktor Azərbaycanın qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin 10-cu sessiyasına ev sahibliyi etmək qərarını ölkənin UNESCO-nun dəyərlərini bölüşdüyünün və dəstəklədiyinin göstəricisi olduğunu bildirdi: “Belə tədbirlər vasitəsilə biz bir-birimizin mədəniyyətini, tarixini daha yaxından öyrənirik. Əməkdaşlığa görə sizə bir daha minnətdarlığımı bildirirəm və buna şadam”.
   UNESCO-nun baş direktoru rəhbərlik etdiyi təşkilatın bundan sonra da Azərbaycana öz dəstəyini əsirgəməyəcəyini vurğuladı.
   Sonra Azərbaycan və UNESCO arasında qeyri-maddi mədəni irsin mühafizəsinə dair Hökumətlərarası Komitənin 10-cu sessiyasının Bakıda keçirilməsi ilə bağlı saziş imzalandı. Sənədə UNESCO-nun baş direktoru İrina Bokova və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imza atdılar.
   Sazişdə bu ilin dekabr ayında Bakıda keçiriləcək tədbirlə bağlı bütün təşkilati məsələlər əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar