İyunun 6-da Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində ixtisasını artıran rayon MKS-lərinin kitab işləmə və komplektləşdirmə şöbələrinin işçiləri üçün növbəti təcrübi məşğələ keçirilib. “Kitabişləmə və komplektləşdirmə işinin təşkili metodikası: ənənələr və perspektivlər” mövzusunda məşğələdə Qəbələ, Şamaxı, Balakən, Zərdab, Saatlı, Cəlilabad, Biləsuvar, Şirvan, Goranboy, Tərtər, Zaqatala, Qax, Xaçmaz, Neftçala rayonlarından kitabxana əməkdaşları iştirak ediblər.
Səbail rayon MKS-nin kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri L.Ağayeva, metodika və biblioqrafiya şöbəsinin müdiri Ş.Babaşova, kütləvi tədbirlər şöbəsinin müdiri C.Səmədova kursun dinləyicilərinə mövzu ilə bağlı ətraflı məlumat veriblər. Məşğələdə elektron nəşrlərin təqdim edilməsi və uçotunun aparılması, elektron resursların hazırlanma qaydaları və s. məsələlərdən söz açılıb, slaydlar, mövzu qovluqları, tədbirlərin efir məkanında videogörüntüləri nümayiş olunub. İştirakçılar kitabişləmə və komplektləşdirmə şöbəsinin işi ilə əyani şəkildə tanış olublar.