Xəbər verildiyi kimi, iyunun 7-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş konsert təqdim olundu. Tanınmış dirijor, Xalq artisti Teymur Göyçayevin idarəsi ilə baş tutan konsertdə görkəmli Avropa bəstəkarlarının, türk bəstəkarı Fazil Sayın əsərləri musiqi məktəbinin şagirdləri tərəfindən ifa edildi.
   Konsert Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Samir Əliyevin ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsinə ithaf olunmuş violonçel və kamera orkestri üçün «Elegiya»sı ilə açıldı. Violonçel partiyasını Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim Kamal Paşazadə ifa etdi.
   Əsər orkestrin ostinatosu ilə başlayır. Məhz bu ostinatonun fonunda səslənən violonçelin reçitativ tipli melodiyası bir növ insanın müraciətini xatırladır. Orta hissədə bu intonasiyalar özünün geniş inkişafını tapır. Bəstəkar burada sual-cavab prinsipinə əsaslanaraq violonçel və violaların partiyasını özünəxas şəkildə qurub. Bu sual-cavab iki dahi şəxsin təcəssümüdür. Bunları müşayiət edən dalğavari fortepiano partiyası həyatın kəşməkəşli dövrlərini xatırladır. Sonra violonçelin solo partiyası təqdim olunur. Soloda bəstəkar ulu öndərin sevdiyi «Küçələrə su səpmişəm» Azərbaycan xalq mahnısından bir sitat kimi istifadə etmişdir. Bununla da bəstəkar dahi rəhbərin öz xalqına olan məhəbbətini bir daha vurğulayır.
   
   Lətifəxanım Əliyeva,
   sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar