“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” mövzusunda layihə həyata keçirir. QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə gerçəkləşən layihə çərçivəsində Şamaxı və Gəncədə maarifləndirici seminar keçirilib.
   Şamaxı şəhər Mədəniyyət evində keçirilən tədbirdə “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin koordinatoru, qurumun sədr müavini Arzu Soltan mövzu ilə bağlı çıxış ediblər. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilova, şöbənin aparıcı məsləhətçisi Rəfael Tağızadə və digər iştirakçılar monitorinqin nəticələri ilə bağlı səslənən fikirlərə münasibət bildiriblər.
   Gəncədə gerçəkləşən seminar ictimai birliyin hazırladığı “Azərbaycan abidələr diyarıdır” adlı sənədli filmin təqdimatı ilə başlayıb. Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunması, onların bərpası, eləcə də yaranma tarixi barədə tədqiqat işlərinin aparılması üçün qarşıda duran vəzifələrdən danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar