Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz müvafiq rayon mədəniyyət və turizm şöbələri ilə birgə iyulun 10-da Daşkəsəndə, ayın 11-də isə Gədəbəydə “Heydər Əliyevin mədəniyyət və turizmin inkişafına töhfələri” mövzusunda dəyirmi masalar təşkil edib.
   
   Daşkəsən şəhərində keçirilən tədbiri mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov açaraq rayonda mədəniyyət və turizm sahələrində görülən işlərdən danışıb. Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov çıxışında ulu öndərin respublikamıza rəhbərlik etdiyi illərdə mədəniyyətin inkişafına verdiyi töhfələrdən söz açıb.
   Mərkəzin hüquqi-normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin müdiri Məzahir Qarayev “Regionlarda turizmin dövlət tənzimlənməsi və inkişaf perspektivləri” mövzusunda çıxış edib. Qeyd olunub ki, Prezident Heydər Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün” Dövlət Proqramının icrası bu sahənin gələcək perspektivləri üçün mühüm zəmin yaradıb. Proqramın davamı olaraq dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsində turizm sektoru sürətlə inkişaf etməkdədir.
   Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz Gülalıyev “Heydər Əliyevin mədəniyyət və turizmin inkişafına töhfələri” mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizin mədəniyyəti, təbii, tarixi, mədəni sərvətləri ilə unikal turizm ehtiyatlarına malik olmasından danışıb.
   Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Namiq Süleymanov təməli ulu öndər tərəfindən qoyulan inkişaf strategiyasının möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkəmizin hər yerində olduğu kimi, Daşkəsən rayonunda da uğurla davam etdirildiyini vurğulayıb.
   Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri H.Məmmədovun bölgənin turizm potensialı, mövcud durumu və inkişaf perspektivləri barədə məruzəsi də dinlənilib, turizm fəaliyyətinin stimullaşdırılması, kadr çatışmazlığı problemlərinin həlli və s. suallar cavablandırılıb.
   Gədəbəydə təşkil olunan dəyirmi masada rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə nümayəndəsi Yusif Murğuzov, mədəniyyət və turizm şöbəsinin müdiri Fazilə Məmmədova, Mədəniyyət evinin direktoru Etibar Əliyev və başqaları çıxış ediblər.
   Hər iki tədbirdə bildirilib ki, Azərbaycanın gözəl füsunkar təbiətə malik olan Daşkəsən və Gədəbəy iqtisadi rayonunun zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olması burada turizmin əksər növlərinin inkişafına şərait yaradır. Bu gün Daşkəsən və Gədəbəy iqtisadi rayonunda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması ilə bağlı məqsədyönlü fəaliyyət həyata keçirilir. Turizmin inkişafı rayonların yerli büdcə gəlirlərinin artması və işsizlik probleminin həll olunmasında mühüm rol oynayacaq.
   Mövzu ilə bağlı dəyirmi masaların digər rayonlarda davam etdirilməsi nəzərdə tutulub.

   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar