Ecazkar nağıllar ölkəsinin Bakıda təqdimatı keçirilib
Tailand Krallığının təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə iyulun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tailand təcrübəsi-2013” adlı mədəni tədbir keçirilib.
İştirakçılar əvvəlcə teatrın foyesində Tailandda ənənəvi olan meyvə oyma, çətir rəngləmə, maska düzəltmə, Tai masajı ilə yaxından tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə Tailand arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrdən söz açıb. Bildirib ki, əsası 1990-cı illərdə qoyulan bu əlaqələr ötən müddət ərzində daha da genişlənib.
Tailand xalqının zəngin mədəniyyətə malik olduğunu söyləyən nazir müavini “Tailand təcrübəsi-2013”ün Bakıda ilk tədbir olduğunu vurğulayıb və gələcəkdə belə mədəni layihələrin davam edəcəyini bildirib.
Tailand Krallığının Azərbaycandakı səfiri Rathakit Manathat ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən söz açıb. Son illər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artdığı qeyd olunub. Diplomat bildirib ki, tədbirin məqsədi Tailandın tarixi-mədəni irsini Azərbaycan ictimaiyyətinə çatdırmaq, o cümlədən xalqlarımız arasında ikitərəfli dostluq əlaqələrinin, mədəni əməkdaşlığın əsasını qoymaq və möhkəmləndirməkdir.
Sonda Tailand rəqs nümunələri nümayiş olunub.