İyulun 23-də “YAY!” qalereyasında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin gənclərinin beynəlxalq yaradıcılıq festivalının açılış mərasimi olub.
   
   Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan gənclər iştirak edirlər. Diqqətə çatdırılıb ki, festivalın məqsədi türkdilli dövlətlərin gənclərinin mədəni nailiyyətlərinin mübadiləsi, yaradıcı gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin təbliğidir.
   Festival 6 nominasiya - vokal, rəqs, ifaçılıq, moda, foto və dekorativ-tətbiqi sənət nominasiyaları üzrə keçirilir.
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov ümummilli lider Heydər Əliyevin xalq sənətinə böyük diqqət və qayğı göstərdiyini qeyd edərək türk ölkələri xalq sənəti nümunələrinin nümayiş etdirildiyi belə bir tədbirin əhəmiyyətini vurğulayıb.
   Sonra mərasim iştirakçıları “YAY!” qalereyasında gənc rəssamların dekorativ-tətbiqi sənət sərgisinə baxıblar.
   Festival çərçivəsində iyulun 24-də “Art Garden” incəsənət qalereyasında gənc modelyer-dizaynerlərin moda nümayişi, iyulun 25-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yaradıcı gənclərin iştirakı ilə qala-konsert və gənc fotoqrafların sərgisi keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar