Xəbər verdiyimiz kimi, iyulun 4-dən 7-dək Türkiyənin Bayburt şəhərində XIX beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət festivalı keçirilib.
   Festival çərçivəsində “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İctimai Birliyi, Bayburt Şəhər Elm, Təhsil və Mədəniyyət Dərnəyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəniyyəti günləri” gerçəkləşib.
   Tədbirlər sırasında Bayburt Mədəniyyət sarayında “Gənc Azərbaycan rəssamlarının əsərləri” sərgisi açılıb, “Türkiyə-Azərbaycan münasibətləri və Dədə Qorqud” mövzusunda elmi-praktik konfrans keçirilib.
   Konfransda Türkiyə Yazıçılar Birliyinin sədr müavini Əhməd Fidan iki qardaş ölkənin ədəbi əlaqələrindən danışıb. Professorlar Kamil İbrahimov “Bakıda orta əsrlər memarlığı”, Abbas Seyidov “Azərbaycan ozanları və Dədə Qorqud”, Şikar Qasımov “Qarabağda türk mirası” məruzələrlə çıxış ediblər. Həmçinin italiyalı professor Luigi Scrinzinin “Azərbaycanın mədəni irsinə beynəlxalq baxış”, dosent Nazilə Abdullazadənin “Folklorumuzda Dədə Qorqud dastanı”, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Miras” və Bayburt”, Dursun Ali Emirin “Dədə Qorqud əlyazmaları və Bayburt” mövzusunda məruzələri dinlənilib.
   Daha sonra azərbaycanlı aşıqlar Bayburt şəhərindəki Taşhan mədəniyyət evində Dədə Qorquda həsr edilmiş şənlikdə iştirak ediblər. Aşıq Rəna Quliyeva və professor Abbas Seyidovun ifasında saz və söz parçaları maraqla qarşılanıb.
   Türkiyənin tanınmış təsəvvüf musiqiçisi Ömer Karaoğlunun konsertinə Azərbaycan və Makedoniya musiqiçiləri də qatılıblar. “Miras” musiqi qrupunun üzvləri Mehman Mikayılov (tar), Bəxtiyar Hüseynov (kamança), Gültəkin Qarabağlı və Nicat Allahverdiyev (muğam ifaçısı) maraqlı musiqi proqramı ilə çıxış ediblər. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar