“O xalqın mədəniyyəti, adət-ənənələri yaşayır ki, o, güclüdür, ona sahib çıxan gəncliyi var”
   
   İyulun 25-də paytaxtdakı “Hilton” mehmanxanasında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının reallaşdırdığı “Xətdə” sosial şəbəkə akademiyası” layihəsinin yekunları ilə bağlı konfrans keçirilib. Konfransda dövlət rəsmiləri, gənclər təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
   
   Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizin artıq böyük bir inkişaf mərhələsini geridə qoyduğunu bildirib: “Bu siyasət nəticəsində Azərbaycan bu gün kosmik ailənin üzvüdür. Postsovet məkanında bunlar yalnız Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycandır. Dünyada cəmi 55-60 dövlət kosmik ailənin üzvüdür və çox qürurverici haldır ki, bu 55-60 dövlətin sırasında biz də varıq".
   Əli Həsənov qeyd edib ki, bu inkişaf yolunda gənclərin üzərinə daha çox məsuliyyət düşür: "Gənclər öz əməli fəaliyyətləri ilə bu inkişafa töhfə verməklə yanaşı, həm də Azərbaycanın fəal təbliğatçıları olmalıdırlar. Xarici aləmdə, xüsusən də sosial şəbəkələrdə daha fəal olmalı, öz sözlərini deməlidirlər. O xalqın mədəniyyəti, adət-ənənələri yaşayır ki, o, güclüdür, ona sahib çıxan gəncliyi var. Siz dünyada azərbaycançılığın ən yaxşı nümunəsi ola bilərsiniz. Azərbaycan dövləti həmişə sizinlədir, sizin arxanızdadır".
   Konfransda çıxış edən ARGTMŞ-nin sədri Şahin Seyidzadə layihənin region gənclərinin şəbəkələşməsi, gənclərin informasiya texnologiyaları sahəsinə marağının artırılması, sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ edilməsi məqsədi daşıdığını deyib. Bildirilib ki, 2013-cü ilin yanvarında başlanan layihə çərçivəsində Azərbaycanın 8 iqtisadi rayonuna daxil olan 24 şəhərində 1050 gəncin iştirakı ilə 38 təlim keçirilib, 8 videotəlim hazırlanıb. Təlim iştirakçıları “Sosial şəbəkələrin yaranması, mahiyyəti və fəlsəfəsi”, “Sosial şəbəkələrdən düzgün istifadə alətləri”, “Sosial şəbəkələr vasitəsilə biznesin inkişafı və PR” və digər mövzularda əməli biliklərə yiyələnmək imkanı əldə ediblər.
   Konfransda keçirilmiş təlimlərdən videolar, o cümlədən layihənin yekunları ilə bağlı videoçarx göstərilib, ən fəal multipleyerlər mükafatlandırılıblar.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar