Milli Televiziya və Radio Şurası və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin may-iyun aylarında aparılmış monitorinqlə bağlı konfrans keçirilib. İyulun 4-də MTRŞ-də keçirilən tədbirdə monitorinqin nəticələri müzakirə edilib.
Monitorinq ilə Elektron Mediaya Yardım Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında reallaşıb.