Qə­bə­lə­də döv­lət­lə­ra­ra­sı proq­ra­mın tən­tə­nə­li açı­lı­şı ke­çi­ri­lib

Xə­bər ver­di­yi­miz ki­mi, Azər­bay­ca­nın Qə­bə­lə şə­hə­ri Be­la­ru­sun Mo­gil­yov və Er­mə­nis­ta­nın Güm­rü şə­hə­ri ilə bir­lik­də Müs­tə­qil Döv­lət­lər Bir­li­yi­nin 2013-cü il üz­rə “Mə­də­niy­yət pay­taxt­la­rı” no­mi­na­si­ya­sı­na da­xil edi­lib. Bu ba­rə­də qə­rar MDB-yə üzv öl­kə­lə­rin Hu­ma­ni­tar Əmək­daş­lıq üz­rə Döv­lət­lə­ra­ra­sı Fon­du­nun 2012-ci ilin okt­yab­rın­da Aş­qa­bad­da ke­çi­ril­miş ic­la­sın­da qə­bul olu­nub və de­kab­rın 6-da MDB döv­lət baş­çı­la­rı­nın sam­mi­tin­də təs­diq­lə­nib.

İ­yu­nun 29-da Qə­bə­lə­də “MDB-nin mə­də­niy­yət pay­taxt­la­rı-2013” döv­lət­lə­ra­ra­sı proq­ra­mı­nın tən­tə­nə­li açı­lı­şında “Mə­də­niy­yət pay­tax­tı” ser­ti­fi­ka­tının təq­dim edil­mə­si mə­ra­si­mi ke­çi­ri­lib.
Təd­bir iş­ti­rak­çı­la­rı əv­vəl­cə şə­hə­rin mər­kə­zin­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin abi­də­si önü­nə gül dəs­tə­lə­ri dü­züb, xa­ti­rə­si­ni eh­ti­ram­la yad edib­lər. Son­ra qo­naq­lar ye­ni is­ti­fa­də­yə ve­ril­miş Qə­bə­lə Mə­də­niy­yət Mər­kə­zi ilə ta­nış olub­lar.
Mər­kəz­də ke­çi­ri­lən mə­ra­sim­də Azər­bay­ca­nın Ru­si­ya­da­kı sə­fi­ri, MDB-nin Hu­ma­ni­tar Əmək­daş­lıq üz­rə Döv­lət­lə­ra­ra­sı Fon­du İda­rə He­yə­ti­nin səd­ri Po­lad Bül­bü­l­oğ­lu qo­naq­la­rı sa­lam­la­yıb. Qeyd olu­nub ki, mə­ra­si­mə MDB-nin 10-dək öl­kə­si­nin rəs­mi nü­ma­yən­də­si qa­tı­lıb.
Qə­bə­lə­nin 2013-cü il­də MDB-nin mə­də­niy­yət pay­tax­tı se­çil­mə­si mü­na­si­bə­ti­lə təb­rik­lə­ri­ni çat­dı­ran Po­lad Bül­bü­loğ­lu Hu­ma­ni­tar Əmək­daş­lıq üz­rə Döv­lət­lə­ra­ra­sı Fon­dun fəa­liy­yə­ti ba­rə­də mə­lu­mat ve­rib. Bil­di­rib ki, Fond MDB mə­ka­nın­da hu­ma­ni­tar əmək­daş­lı­ğın ge­niş­lən­mə­si­nə xid­mət edir. MDB öl­kə­lə­rinin xalq­la­rı uzun il­lər bir yer­də ya­şa­dı­ğı üçün mə­də­niy­yət­lə­ri­miz ara­sın­da fə­al dia­lo­qun ol­du­ğu­nu qeyd edən sə­fir Qə­bə­lə­nin 2013-cü il­də MDB-nin mə­də­niy­yət pay­tax­tı se­çil­mə­si­nin də bu dia­lo­qa töh­fə ola­ca­ğı­nı de­yib. Po­lad Bül­bü­loğ­lu ümum­mil­li li­der Hey­dər Əli­ye­vin MDB öl­kə­lə­ri­nin xalq­la­rı ara­sın­da­kı əmək­daş­lı­ğın in­ki­şa­fın­da əvə­zo­lun­maz ro­lu­nu min­nət­dar­lıq his­si ilə qeyd edib.
Qə­bə­lə­nin bey­nəl­xalq əhə­miy­yət­li mə­də­ni təd­bir­lə­rə ev sa­hib­li­yi et­di­yi­ni de­yən dip­lo­mat, Azər­bay­ca­nın bu qə­dim şə­hə­ri­nin klas­sik mu­si­qi mə­də­niy­yə­ti mər­kə­zi­nə çev­ril­di­yi­ni, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti, UNES­CO və İSES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban xa­nım Əli­ye­va­nın tə­şəb­bü­sü ilə bu­ra­da ənə­nə­vi bey­nəl­xalq mu­si­qi fes­ti­va­lı­nın ke­çi­ril­di­yi­ni diq­qə­tə çat­dı­rıb. Qeyd olu­nub ki, bu təd­bir­lər Pre­zi­dent İlham Əli­ye­vin öl­kə­də hə­ya­ta ke­çir­di­yi si­ya­sə­tin, pay­taxt Ba­kı ilə ya­na­şı, Azər­bay­ca­nın re­gion­la­rı­nın da sü­rət­lə in­ki­şaf et­mə­si­nin gös­tə­ri­ci­si­dir.
Ta­ci­kis­ta­nın mə­də­niy­yət na­zi­ri­nin bi­rin­ci müa­vi­ni Mi­rə­li Dos­ti­yev, Qır­ğızıstan Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Apa­ra­tı­nın eks­per­ti Za­yır­bek Er­qe­şov, Mol­do­va Mə­də­niy­yət Na­zir­li­yi­nin “Mol­do­va-Kon­sert” Mil­li-Mə­də­ni Mər­kə­zi­nin səd­ri Va­len­tin Qo­qa təd­bi­rin yük­sək sə­viy­yə­də təş­ki­linə gö­rə min­nət­dar­lıq­la­rı­nı bil­di­rib­lər. Azər­bay­can­da bey­nəl­xalq mə­də­ni təd­bir­lə­rin yük­sək sə­viy­yə­də ke­çi­ril­di­yi­ni de­yən qo­naq­lar Ba­kı­nın sü­rət­lə in­ki­şaf et­di­yi­ni və bu in­ki­şaf tem­pi­nin Qə­bə­lə­nin tim­sa­lın­da re­gion­lar­da da özü­nü gös­tər­di­yi­ni vur­ğu­la­yıb­lar.
Qə­bə­lə­nin MDB-nin mə­də­niy­yət pay­tax­tı se­çil­mə­si mü­na­si­bə­ti­lə Azər­bay­can xal­qı­nı təb­rik edən Be­la­ru­sun Azər­bay­can­da­kı sə­fi­ri Ni­ko­lay Past­ke­viç və Ru­si­ya­nın Mə­də­niy­yət Na­zir­li­yi­nin MDB öl­kə­lə­ri ilə iş böl­mə­si­nin rəh­bə­ri An­ton Na­za­rov Qə­bə­lə­də yük­sək qo­naq­pər­vər­lik­lə qar­şı­lan­ma­la­rın­dan məm­nun­luq ifa­də edib­lər.
Son­ra Qə­bə­lə­nin 2013-cü il­də MDB-nin mə­də­niy­yət pay­tax­tı se­çil­mə­si ilə bağ­lı ser­ti­fi­ka­tın təq­dim edil­mə­si mə­ra­si­mi olub. Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Sə­bu­hi Ab­dul­la­yev Qə­bə­lə­nin mə­də­niy­yət pay­tax­tı se­çil­mə­si ilə bağ­lı min­nət­dar­lı­ğı­nı ifa­də edib. Qeyd edi­lib ki, Pre­zi­dent İl­ham Əli­ye­vin hə­ya­ta ke­çir­di­yi məq­səd­yön­lü si­ya­sət nə­ti­cə­sin­də bu gün Qə­bə­lə öz qə­dim və ta­ri­xi gör­kə­mi­ni sax­la­maq­la müa­sir­lə­şir.
Mə­ra­sim­də Müs­tə­qil Döv­lət­lər Bir­li­yi İc­raiy­yə Ko­mi­tə­si səd­ri­nin müa­vi­ni Tok­ta­sın Bu­zu­baev MDB İc­raiy­yə Ko­mi­tə­si­nin səd­ri Ser­gey Le­be­de­vin təb­rik mək­tu­bu­nu oxu­yub. Mək­tub­da bil­di­ri­lir ki, Qə­bə­lə­yə bu adın ve­ril­mə­si tə­sa­dü­fi de­yil. Bu­ra­da in­cə­sə­nə­tin gö­zəl­li­yi ilə tə­biə­tin gö­zəl­li­yi vəh­dət təş­kil edir. Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın mə­də­niy­yət na­zi­ri Vla­di­mir Me­dins­ki­nin təb­rik mək­tu­bu­nu isə bu öl­kə­nin Mə­də­niy­yət Na­zir­li­yi­nin MDB öl­kə­lə­ri ilə iş böl­mə­si­nin rəh­bə­ri An­ton Na­za­rov iş­ti­rak­çı­la­ra çat­dı­rıb. Mək­tub­da qeyd olu­nur ki, Qə­bə­lə­nin bu ada la­yiq gö­rül­mə­si şə­hə­rin zən­gin mə­də­niy­yə­ti və ta­ri­xi ilə bağ­lı­dır.
A­zər­bay­ca­nın Ru­si­ya­da­kı sə­fi­ri, MDB-nin üzv döv­lət­lə­ri­nin Hu­ma­ni­tar Əmək­daş­lıq üz­rə Döv­lət­lə­ra­ra­sı Fon­du­ İda­rə He­yə­ti­nin səd­ri Po­lad Bül­bü­loğ­lu Qə­bə­lə­nin MDB şə­hər­lə­ri ara­sın­da mə­də­niy­yət pay­tax­tı se­çil­mə­si­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­ya­raq ilin so­nu­na­dək bu­ra­da müx­tə­lif mə­də­ni təd­bir­lə­rin ke­çi­ri­lə­cə­yi­ni de­yib. Sə­fir bu təd­bir­lə­rin Azər­bay­can mə­də­niy­yə­ti­nin MDB öl­kə­lə­rin­də təb­li­ği ba­xı­mın­dan da bö­yük önəm kəsb et­di­yi­ni bil­di­rib.
Qə­bə­lə­nin 2013-cü il­də MDB-nin mə­də­niy­yət pay­tax­tı se­çil­mə­si ilə bağ­lı ser­ti­fi­kat ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı­na təq­dim olu­nub.
Mə­ra­si­min so­nun­da Qə­bə­lə Mə­də­niy­yət Mər­kə­zin­də MDB öl­kə­lə­rin­dən olan ya­ra­dı­cı kol­lek­tiv­lə­rin iş­ti­ra­kı ilə ma­raq­lı kon­sert proq­ra­mı təş­kil olu­nub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar