“YeniSi” ədəbiyyat və mədəniyyət təzahürləri mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc araşdırmaçılar üçün “YeniSi” art-texnologiyalar yay məktəbi” təşkil edib.
Şəki şəhərində baş tutan yay məktəbində gənclər fərdi baxış formalaşdıran, yeni incəsənət araşdırma texnologiyaları öyrədən təlimlərdən faydalanıblar.
Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov, “YeniSi” ədəbiyyat və mədəniyyət təzahürləri mərkəzinin icraçı direktoru Maral Mustafazadə, təşkilatın media direktoru Aydan Məqsədqızı və art-direktoru Heyran Mustafayeva çıxış edərək daim inkişaf edən incəsənətin yeni araşdırıcılarının yetişməsinin əhəmiyyətindən danışıblar.
Dördgünlük yay məktəbində gənclər “Təsviri incəsənətin əsasları, sənət əsərini necə anlamalı”, “Estetika anlayışı və bu gün”, “Layihələrin yazılması və idarə olunması”, “Ədəbi tənqid haqqında. Ədəbi tənqidi necə yazmalı”, “Bloq anlayışı və bloqqinq” təlimlərinə qatılıb, qazandıqları bilik və bacarıqların nəticəsi kimi fərdi layihələrini təqdim edib, Şəki şəhərinin mədəniyyət abidələri ilə tanış olublar.
İştirakçılar yeni araşdırma işlərini təqdim edəcək və onlara sertifikat veriləcək.