Avqustun 24-25-də Bakıda intellektual oyunlar üzrə “İçərişəhər Kuboku” beynəlxalq turnirinin yekun mərhələsi keçirilib. 
   “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının nəzdindəki “İçərişəhər” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən festivala tanınmış bilicilər, o cümlədən Moskvanın “Nə? Harada? Nə vaxt?” elitar klubunun oyunçuları qatılıblar.
   Açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev nəzərə çatdırıb ki, beynəlxalq turnirin ilk üç mərhələsi 2012-ci ilin noyabrından 2013-cü ilin aprelinədək keçirilib. Bu mərhələlərdə ABŞ, Kanada, Almaniya, Latviya, Böyük Britaniya, İsrail, Çexiya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan - ümumilikdə 18 ölkənin 100-dən çox şəhərindən 500-dək komanda iştirak edib. Turnirin keçirildiyi hər bir şəhərdə yerli bilicilərə Bakının və İçərişəhərin çoxəsrlik tarixi haqqında məlumatlar çatdırılıb.
   “Nə? Harada? Nə vaxt?” Beynəlxalq Klublar Assosiasiyası idarə heyətinin üzvü Aleksandr Rubin 30 komandanın iştirak etdiyi yekun turnirin 4 turdan ibarət olduğunu söyləyib. Sonra “Nə? Harada? Nə vaxt?” oyunu başlayıb. Yekunda Sankt-Peterburq komandası birinci yerə layiq görülüb. Moskva və Minsk yığma komandası ikinci, Moskva kollektivi isə üçüncü yerləri tutublar. Qalib komandaya kubok, qızıl medal və diplom, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc medallar və diplomlar təqdim edilib.
   İlk dəfə gerçəkləşən “İçərişəhər Kuboku” festivalının gələcəkdə ənənəvi olaraq təşkili nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar