Xalq şairi Zəlimxan Yaqub Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində əhali ilə görüşüb. 
   Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, bölgə gəncləri, tələbələr iştirak ediblər.
   Mərkəzin rəhbəri Fazil Həsənov belə görüşlərin artıq ənənə halını aldığını və Zəlimxan Yaqubun Borçalıya hər səfərinin əsl el-oba bayramına çevrildiyini deyib. O, tədbirin həm də şairin əsərlərinin yenicə işıq üzü gördüyü 13 cildliyinin təqdimat mərasimi kimi yadda qalacağını vurğulayıb.
   Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib və görüşü Zəlimxan Yaqubun yaradıcılıq hesabatı adlandırıb.
   Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, şairlərdən Dərviş Osman, Avtandil Çxaidze, Fatma Əliyeva, Şövkət Dağlarqızı, jurnalist-tədqiqatçı Mirzə Məmmədoğlu, ustad aşıq Kamandarın övladı Əflatun Əfəndiyev, Gürcüstan-Azərbaycan Mədəni Münasibətlər Assosiasiyasının rəhbəri Tamara Lamparidze və başqaları Zəlimxan Yaqub poeziyasından söz açıb, şairə yeni yaradıcılıq uğurları diləyiblər.
   Ustad aşıq Aslan Kosalı və gənc el sənətkarı Məsim saz və sözlə məclisə xüsusi ovqat veriblər.
   Sonda Zəlimxan Yaqub görüşün təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib: “Bu gün mənim üçün böyük bayramdır. Əsərlərimin 13 cildliyinin Borçalıda - Marneuli rayon mərkəzində ilk təqdimatının keçirilməsini yaradıcılığıma verilən böyük dəstək sayır, qürur duyuram. Mən bu torpağa həmişə səcdə etmişəm və ondan güc alıb zirvələrə üz tutmuşam”.
   Xalq şairi gənclərə Azərbaycan-Gürcüstan dostluğunu daha da inkişaf etdirməyi tövsiyə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar