Sentyabrın 4-də XXVI Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayır.
   
   1987-ci ildən başlayaraq hər il keçirilən tədbir dünyanın nüfuzlu kitab sərgilərdən biridir. Sentyabrın 9-dək davam edəcək builki sərgi-yarmarkada müxtəlif ölkələrdən 1200-dək nəşriyyat və kitab nəşri müəssisəsi iştirak edir. Yarmarkanın pavilyonlarında ümumilikdə 200 min kitab nümayiş olunacaq.
   Ölkəmiz ənənəvi olaraq Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir. Ötən il sərgidə Azərbaycanın dövlətçilik ənənələrini, mədəniyyətini, tarixini və turizm imkanlarını əks etdirən nəşr nümunələri nümayiş etdirilmişdi.
   Builki sərgidə də Azərbaycan kitabları, ölkəmizdə nəşriyyat-poliqrafiya sahəsinin inkişafını göstərən nümunələr nümayiş olunacaq.
   Sərgi-yarmarkada Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 90 illik yubileyi təntənəli şəkildə qeyd olunan ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirin keçirilməsi də nəzərdə tutulur.
   Eyni zamanda sərgi çərçivəsində IX Beynəlxalq "Kitab Sənəti" Müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarının mükafatlandırma mərasimi planlaşdırılır.
   Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu və şöbənin məsləhətçisi Faiq Xudanlı təmsil edəcəklər.
   Qeyd edək ki, hər il sərgi Rusiya Federasiyası və eləcə də Moskva şəhərində yaşayan çoxsaylı həmvətənimizin böyük marağına səbəb olur. Ekspozisiyamızı ziyarət edən soydaşlarımız və digər xalqların nümayəndələri olduqca maraqlı və dinamik həyat yaşayan respublikamızın ən müxtəlif sahələrinə güzgü tutan çeşidli çap məhsulları ilə tanış olurlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar