Yubileyə qatılacaq 40-dan çox ölkənin milli kitabxana direktoru III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında da iştirak edəcəklər
   
   Sentyabrın 22-dən 25-dək Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley ilə bağlı tədbirlər keçiriləcək.    
   Kitabxanadan verilən məlumata görə, yubiley tədbirləri çərçivəsində Bakıda Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının 27-ci illik görüşü və Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XV iclası gerçəkləşəcək. Tədbirlərdə 40-dan çox ölkədən milli kitabxana direktorlarının - ümumilikdə 65 nəfər qonağın iştirakı gözlənilir.
   Qonaqlar həmçinin sentyabr ayının 23-də III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkanın açılış mərasimində də iştirak edəcəklər. 15-dən artıq ölkənin milli kitabxanası öz eksponatlarını sərgi-yarmarkada nümayiş etdirəcək. Sərgi yarmarkanın sonunda kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq.
   Sentyabr ayının 25-də Azərbaycan Milli Kitabxanasının Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanası və Serbiya Milli Kitabxanası ilə əməkdaşlığı barədə memorandumların imzalanma mərasimi, həmçinin Azərbaycan Milli Kitabxanasının \"Nadir kitablar və kitabxananın muzeyi\" şöbəsinin açılış mərasimi olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar