Prezident İlham Əliyev ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də ölkəmizin cənub bölgəsinə səfər edib. Dövlət başçısı yerlərdə aparılan quruculuq-abadlıq işləri ilə tanış olub, sosial və infrastruktur obyektlərinin, yeni mədəniyyət ocaqlarının açılışında iştirak edib.
   
   Ulu öndərin adını daşıyan mərkəzlər bölgələrin mədəni həyatında mühüm rol oynayır
   
   Dövlət başçısı səfər zamanı Salyan, Biləsuvar, Yardımlı və Masallıda Heydər Əliyev mərkəzlərinin açılışında iştirak edib. Ulu öndərin zəngin dövlətçilik irsinin təbliğində və ümumilikdə bölgələrin mədəni həyatında mühüm rol oynayan bu mərkəzlər eyni zamanda gözəl memarlıq nümunələri kimi yerlərdə inşaat və şəhərsalma mənzərəsinə rəng qatır.
   Prezidentin iştirakı ilə əvvəlcə Salyan şəhərində Heydər Əliyev Mərkəzinin açılışı keçirilib. Dövlət başçısı öncə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Əməkdar müəllim Yaqut Ələsgərova və Əməkdar mədəniyyət işçisi Yavər Cəbrayılov Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Xatirə şəkli çəkdirilib.
   Mərkəzlə tanışlıq zamanı ölkə başçısına məlumat verilib ki, üçmərtəbəli binanın birinci mərtəbəsində sərgi zalı, inzibati otaqlar yerləşir. Foyedə ulu öndərin və Prezident İlham Əliyevin Salyana səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
   İkinci mərtəbədəki sərgi zalında ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən şəkillər, sənədlərin surətləri nümayiş olunur. Üçüncü mərtəbədə rəqs studiyası, rəsm otağı, elektron kitabxana, xarici dil mərkəzi, şahmat dərnəyi, kompyuter kabineti, fotostudiya var.
   
   * * *
   Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzi də üçmərtəbəlidir. Girişdə Mərkəz barədə bütün məlumatların əks olunduğu elektron köşk quraşdırılıb. Dahi şəxsiyyətin müxtəlif dövrlərə aid fotoları 15 guşədə yerləşdirilib. Birinci mərtəbədə, həmçinin linqafon kabineti, rəqs studiyası fəaliyyət göstərir. İkinci mərtəbədə rəsm studiyası, şahmat dərnəyi, internet kafe, kompyuter otağı, treninq zalı, kitabxana, 3D kinozalı var. Mərkəzdə fotostudiya, heykəltəraşlıq dərnəyi, poliqrafiya və dizayn studiyaları, virtual sinif, intellektual oyun otağı, xalçaçılıq dərnəyi də fəaliyyət göstərəcək.
   Mərkəzin böyük akt zalında mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılıb.
   
   * * *
   Yardımlıdakı Heydər Əliyev Mərkəzində akt zalı, rəsm və dizayn dərnəyi, xalq sənətkarlıq studiyası, poliqrafiya emalatxanası, fotostudiya və kompyuter otağı yaradılıb. Ümummilli liderin xatirəsinə həsr olunmuş muzeydəki fotostendlərdə Heydər Əliyevin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunub.
   Mərkəzdə 40 tamaşaçı yerlik 3D formatlı kinozal, virtual sinif, 15 yerlik konfrans zalı, sərgi salonu, kompyuter və linqafonlarla təchiz edilmiş xarici dil studiyası, intellektual oyun otağı və ədəbiyyat dərnəyi fəaliyyət göstərəcək. Burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaq.
   
   * * *
   Masallı şəhərində inşa edilən Heydər Əliyev Mərkəzində ümummilli liderin həyatı və dövlətçilik fəaliyyətini əks etdirən guşələr, elektron kitabxana yaradılıb. Elektron kitabxanada Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən vəsaitlər də yer alıb. Mərkəzdə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılıb. Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir.
   Mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir. Burada internet kafe və 3D kino zalı da fəaliyyət göstərir.
   
   Masallı Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib
   

   Prezident İlham Əliyev sentyabrın 4-də Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
   Dövlət başçısına məlumat verilib ki, Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunub və istismarda olduğu müddətdə əsaslı təmir edilməyib. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanılıb. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilib.
   Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanıb.
   Dövlət başçısının Masallı rayonunun inkişafı məqsədilə imzaladığı sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenilənib.
   Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısı rayon incəsənət məktəbi xor kollektivinin ifasını dinləyib.
   Prezident İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
   Mahmudavar kənd mədəniyyət evinin direktoru Natəvan Əliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mirqiyas Təhməzov Prezident İlham Əliyevə Masallı sakinlərinin təşəkkürünü çatdırıblar.
   Sonra “Halay” folklor kollektivi “Ay lolo” xalq mahnısını ifa edib, xatirə şəkilləri çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar