Nazir Əbülfəs Qarayev “Arirang” televiziya və radio şirkətinin prezidentini qəbul edib
   
   Sentyabrın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikasının \"Arirang\" televiziya və radio şirkətinin prezidenti və icraçı direktoru Sohn Jie-Ae ilə görüşüb.
   
   Görüşdə \"Arirang\" teleradio şirkəti xəbərlər departamentinin müdiri Kim Joong Shik, Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Choi Suk-inn də iştirak ediblər.
   Söhbət zamanı Azərbaycanla Koreya Respublikası arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı, iki ölkənin mədəniyyət və turizm potensialının qarşılıqlı şəkildə mediada işıqlandırılması və əməkdaşlıq perspektivləri müzakirə olunub.
   Nazir Əbülfəs Qarayev bildirib ki, Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan-Koreya əlaqələri yüksələn xətlə inkişaf edir.
   Qarşılıqlı olaraq son illərdə Koreya və Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müxtəlif tədbirlər keçirilib. Bu tədbirlər iki xalqın yaxınlaşmasında mühüm rol oynayıb.
   Azərbaycanın inkişafına heyran olduğunu bildirən Sohn Jie-Ae ölkəmizlə tanışlığın onda böyük təəssüratlar yaratdığını, Koreya və Azərbaycan xalqları arasında bir sıra oxşar cəhətlərin olduğunu və bunun əməkdaşlığın inkişafı üçün zəmin yaratdığını qeyd edib.
   Görüşün sonunda müzakirə olunan məsələlərin konkret layihə şəklində hazırlanaraq mübadilə olunması barədə razılığa gəlinib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar