Xəbər verdiyimiz kimi, III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası günlərində paytaxtımızda kitabla bağlı iki mühüm tədbir - Avropa Milli Kitabxanaları Konfransının və Avrasiya Kitabxanalar Assambleyasının toplantıları keçirilir. Hər iki tədbirin iştirakçıları eyni zamanda Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyində iştirak etmək üçün Bakıya gəliblər.
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasineni və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul edib.
   Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan dövlət başçısı tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkəmizə ilk səfərlərindən məmnunluğunu bildirən Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine Azərbaycan Milli Kitabxanasının binasının onlarda dərin təəssürat yaratdığını deyib.
   * * *
   Sentyabrın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Milli Kitabxanaları Konfransının prezidenti, Fransa Milli Kitabxanasının rəhbəri Bruno Rasine ilə görüşdü.
   Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edən nazir, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyətindən söz açdı, beynəlxalq tədbirdə Avropa Milli Kitabxanaları Konfransının yüksək səviyyədə təmsil olunmasını ölkəmizə olan müsbət münasibətin göstəricisi kimi səciyyələndirdi. Azərbaycan və Fransa Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair razılaşmanı xatırladan Əbülfəs Qarayev bu işdə göstərilən dəstəyə görə Bruno Rasineyə təşəkkürünü bildirdi.
   Nazir iki ölkənin UNESCO çərçivəsində də faydalı işbirliyi qurduğunu, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə böyük xidmətlərinin olduğunu qeyd etdi.
   Əbülfəs Qarayev nazirlik səviyyəsində kitabxana işinə böyük diqqət ayrıldığını, kitabxana işinin təkmilləşdirilməsi, yeni kitabların alınması, maddi-texniki bazanın yaxşılaşdırılmasının daim diqqətdə saxlanıldığını, bu sahə üzrə 2008-ci ildən Dövlət Proqramının həyata keçirildiyini vurğuladı. Qeyd olundu ki, ölkə üzrə müasir tələblərə cavab verən kitabxanalar yaradılır, kitabxanalar arasında virtual əlaqə qurulur, elektron kitabxanaların təşkilinə önəm verilir. Bildirildi ki, aparılan islahatlar nəticəsində kitabxanaların sayı azalsa da, effektivliyi artırılacaq.
   Milli Kitabxananın roluna da toxunan Əbülfəs Qarayev əsas kitab bazasının eyni məkanda toplanmasını da düzgün hesab etmədiyini, milli kitabxananın idarəedici funksiyasının artırılmalı olduğunu bildirdi, ölkə üzrə bütün şəbəkənin bu xətlə idarə olunmalı olduğunu vurğuladı.
   Avropa Milli Kitabxanaları Konfransının prezidenti, Fransa Milli Kitabxanasının direktoru Bruno Rasine səmimi qəbula görə minnətdarlığını ifadə etdi. Bildirdi ki, Fransa ilə Azərbaycan arasında mədəni əlaqələr kitabxana sahəsi ilə məhdudlaşmır və daha geniş sahələri əhatə edir. Kitabxana işinin təkmilləşdirilməsi ilə bağlı nazirin fikirlərini dəstəkləyən qonaq kitabxanaların virtuallaşdırılmasının əhəmiyyətinə toxundu, elektron kitabxanaları müasir dövrün tələbi olduğunu dedi.
   Sonda fransalı qonaq Bakıda kitab və kitabxanalarla bağlı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə etdi.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar