Sentyabrın 25-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XV ümumi iclası keçirildi. Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq ölkəmizin belə bir mötəbər toplantıya ev sahibliyi etməsindən məmnunluğunu ifadə etdi. İclasın Milli Kitabxananın 90 illik yubileyinə təsadüf etməsinin xüsusilə əlamətdar olduğunu dedi.
   Assambleyanın prezidenti Aleksandr Vislıy təşkilat haqqında ümumi məlumat verdikdən sonra qurumun aparıcı mütəxəssislərindən olan Qalina Raykova iclasın gündəliyi və müzakirə olunacaq məsələləri iştirakçıların nəzərinə çatdırdı. Bildirdi ki, iclasda 16 üzv ölkədən 11-i iştirak edir. O, il ərzində görülən işlər haqqında məlumat verdikdən sonra təşkilata üzv ölkələrin fəaliyyəti və birgə əməkdaşlıq sahəsindəki yeniliklər barədə danışdı. Bildirildi ki, qurumun “qızıl kolleksiyası” yaradılır və topluya üzv ölkələrin ən dəyərli nəşrləri daxil edilir. Kolleksiya ilə Rusiya Dövlət Kitabxanasının saytında tanış olmaq olar.
   Sonra kitabxanaların qarşılıqlı əlaqələri, müasir texnologiyalardan istifadə, təşkilata üzv ölkələrin təbliği barədə fikir mübadiləsi aparıldı.

   Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar