Sərgi-yarmarkanın sonuncu günü kənd təsərrüfatı naziri İsmət Abasovun “Şərq-Qərb” nəşriyyatında çap olunan “Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı” kitabının təqdimatı keçirildi.
   
   Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək kitab haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, kitab ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib. Nəşrdə ümummilli liderin Azərbaycanda kənd təsərrüfatının inkişafında böyük xidmətlərindən bəhs edilir, onun rəhbərliyi ilə həyata keçirilmiş tədbirlərin sosial-iqtisadi nəticələri hərtərəfli, dəyərli faktlarla şərh olunur.
   6 fəsildən ibarət olan kitab aqrar sahə mütəxəssisləri, tələbələr və elmi-tədqiqat işçiləri, eyni zamanda, bu sahə ilə maraqlananlar üçün faydalı mənbədir. Nəşrdə dünyanın 56 ölkəsinin iqtisadi göstəriciləri, eyni zamanda, kənd təsərrüfatına dair məlumatlar geniş şərh edilib. Nəşr geniş təhlil, sorğu və statistik materialı özündə əks etdirməklə olduqca aktual məzmunu ilə diqqəti cəlb edir.
   Təqdim edilən materiallardan dünyada və ölkəmizdə kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoyduğu, bio və nanotexnologiyalar hesabına məhsuldarlığın dəfələrlə artırılmasının mümkünlüyü barədə söz açılır.
   Tədbirdə çıxış edən nazirlik əməkdaşları kitabın əhəmiyyətindən söz açaraq Azərbaycanda aqrar sahədə baş verən islahatlardan danışdılar, onun məntiqi nəticələrini rəqəm və faktlarla şərh etdilər.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar