III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası günləri ölkənin baş kitabxanasının 90 illik yubileyi ilə də yadda qalacaq

23-25 sentyabr tarixində keçiriləcək III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı var. Sərgi-yarmarka günləri eyni zamanda kitab mədəniyyəti tariximizin əlamətdar hadisəsi - M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirləri ilə yadda qalacaq. 1923-cü illə 5 min nüsxə nəşrlə fəaliyyətə başlayan kitabxanada hazırda 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə olmaqla, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəzə çevrilib.

Prezident İlham Əliyevin 24 iyun 2013-cü il tarixli sərəncamına əsasən qeyd olunacaq yubileyə müxtəlif ölkələrdən qonaqlar qatılacaq. Yubiley tədbirləri çərçivəsində Bakıda Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü və Avrasiya Kitabxanalar Assambleyası (BAE) təşkilatının XV iclası gerçəkləşəcək.

Milli Kitabxananın direktoru Kərim Tahirovla görüşüb, sərgi-yarmarka və yubileyə hazırlıqla bağlı fikirlərini öyrəndik:

- Sərgi-yarmarkalar təkcə nəşriyyat və kitabxanaların mənafeyinə xidmət etmir, bu zaman oxucular da faydalanır, kitab dünyasında baş verən yeniliklərlə tanış olurlar. Sözsüz ki, Mədəniyyət və Turizm Nazirliyinin belə mötəbər bir tədbiri təşkil etməsi oxucular, kitab işi sahəsində çalışan insanlar üçün böyük bayramdır. Kitabxanamızın 90 illik yubileyi də sərgi-yarmarka bkz eyni vaxta təsadüf edir. Yubileyə gələn qonaqlar sərgi-yarmarkada da iştirak edəcəklər. Yubiley tədbirləri çərçivəsində Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatının 27-ci illik görüşü paytaxtımızda təşkil olunacaq. Sentyabrın 24-25-də keçiriləcək konfransda iştirak etmək üçün 50-dən artıq ölkənin Milli Kitabxana rəhbərləri, nümayəndələri ölkəmizə təşrif buyuracaq. Onlar bu möhtəşəm kitab bayramında bizimlə birgə olacaqlar.

Sentyabrın 25-də kitabxanamızda Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XV iclası da reallaşacaq. Toplantıda keçmiş SSRİ məkanına daxil olan ölkələrin 20-dən artıq kitabxana rəhbərinin iştirakı nəzərdə tutulub. Bu təşkilat ikinci dəfədir ki, öz toplantısını bizim ölkədə keçirir. İlk tədbir 85 illik yubileyimizə təsadüf etmişdi. Bu, Milli Kitabxanamızın dünyada aparıcı kitabxanalar mövqeyinə çatmasının təcəssümüdür.

Bütün bunlar eyni zamanda kitabın Azərbaycan vətəndaşlarının həyatında oynadığı rolu bariz şəkildə nümayiş etdirməyə xidmət edir. Kitabın insanın intellektual səviyyəsinin, nitq mədəniyyətinin inkişafında mühüm rolu var. Sərgi-yarmarkanın açıq havada, mədəniyyət məkanı Nizami küçəsində keçirilməsinin özü də maraqlı hadisədir.

Sərgi-yarmarkada ölkəmizin nəşriyyatları dünyanın müxtəlif ölkələrindən gələcək həmkarları ilə birgə kitab, çap məhsulu nümunələrini nümayiş etdirəcəklər. Artıq bizim dünya miqyasına çıxa biləcək nəşriyyatlarımız var və onlar özlərini daha geniş və fəal şəkildə təbliğ etməlidirlər. Sözsüz ki, məqsədimiz kitaba marağı artırmaqdır.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar