Noyabrın 5-də UNESCO-nun baş qərargahında təşkilatın Baş Konfransının 37-ci sessiyası işə başlayıb. UNESCO üzrə Azərbaycan Milli Komissiyasından bildirilib ki, iki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr UNESCO üzrə milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar.
Sessiya müddətində liderlər forumu, ümumi siyasi debatlar, milli komissiyaların görüşləri, UNESCO-nun elm, təhsil, mədəniyyət, kommunikasiya və informasiya və digər komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulub.
Sessiya çərçivəsində UNESCO üzrə milli komissiyaların baş katiblərinin görüşü keçirilib. Görüşdə ölkəmizi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil edib. Milli komissiyaların təşkilatla əlaqələrinin müzakirə edildiyi görüşdə G.Əfəndiyeva çıxış edərək Azərbaycan-UNESCO əməkdaşlığının inkişafından və perspektivlərindən danışıb. O, əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edib. G.Əfəndiyeva Bakının Dünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarına ev sahibliyi etdiyini xatırladıb, ölkə rəhbərliyinin sülhə, tolerantlığa və bərabərliyə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan hazırda UNESCO ilə bütün prioritet istiqamətlər üzrə sıx əməkdaşlıq edir.
UNESCO-nun Baş Konfransının 37-ci sessiyası noyabrın 20-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar